"Hürrəm Sultan"a bir milyonluq reklam

Türkiyəli aktrisa Məryəm Üzərli reklam filminə çəkiləcək. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 aylıq hamilə olan sənətçi uşaq bezi firmasından gələn təklifi qəbul edib. Aktrisa bu əməkdaşlığa görə 1 milyon lirə (təxminən, 400 min AZN) istəyib. Məryəm Üzərli həmçinin çəkilişlərin İstanbulda yox, Berlində olmasını tələb edib. Qarşı tərəf hər iki şərti qəbul etdiyi üçün razılıq əldə olunub. Qeyd edək ki, M. Üzərli "Möhtəşəm yüz il" serialında "Hürrəm Sultan" obrazı ilə məşhurlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31