Flora Kərimova cavanlaşdı
25 Dekabr 2013 13:10 MədəniyyətXalq artisti Flora Kərimova yenidən iş fəaliyyətinə başlayıb. Qeyd edək ki müğənni, Londonda yaşayan yeganə övladı Zümrüdün Bakıya bir neçə aylıq gəlməsinə görə bütün yaradıcılıq işlərinı təxirə salmışdı. Yaxınlarda qızını ailəsinin yanına yola salan xalq artisti artıq bütün sənət fəaliyyətini bərpa edib. Müğənnı telekanalların yeni il çəkilişlərində iştirak edərək sevənləri üçün yeni mahnılar hazırlayıb. Xanım müğənni bu günlərdə Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondu və Birliyə Doğru Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birgə hazırladığı "Özgə uşaq" olmur sosial layihəsinin reklam çəkilişlərinə qatılıb. Fotolardan da göründüyü kimi kifayət qədər arıqlayan sənətçi bu imici ilə diqqət çəkib. Sənətkar yaxın günlərdə yeniliklərlə pərəstişkarlarını sevindirəcək. "OLAYLAR" İA.