“Xəbərlər” jurnalı Firudin bəy Köçərlini işıqlandırdı
25 Dekabr 2013 13:00 MədəniyyətAMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi çərçivəsində AMEA-nın "Xəbərlər" jurnalının Firudin bəy Köçərlinin anadan olmasının 150 illiyi münasibətilə xüsusi buraxılışı çapdan çıxıb.
Jurnalda yer alan ilk yazı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəylinin "Görkəmli ədəbiyyatşünas və böyük maarifçi Firudin bəy Köçərli" məqaləsidir.
Xüsusi buraxılışda mərhum akademik Bəkir Nəbiyevin "Azərbaycan köçərlişünaslığına bir nəzər", filologiya üzrə elmlər doktorları Zaman Əsgərlinin"Azərbaycan ədəbiyyat tarixçiliyinin babası", Aybəniz Əliyeva-Kəngərlinin"Firudin bəy Köçərlinin "Balalara hədiyyə" kitabı ilk antoloji folklor nəşrlərindən biri kimi" və digər elmi-tədqiqat səciyyəli məqalələrə yer verilib. ("OLAYLAR"İA)