Şok! Namiq Qaraçuxurlunun gizli şəkilləri yayıldı!

Hər zaman mətbuatın gündəmində olan Namiq Qaraçuxurlunun bir xanımla görüşərkən gizlicə şəkilləri çəkilib. Bu dəfə şəkillər mətbuata ötürülməsə də, onun ən yaxın adamlarına - ailə üzvlərinə göndərilib. Namiq bəyin yaxınları bu şəkillərdən əməlli-başlı şoka düşüb, münasibətlərdəki gərginlik pik həddinə çatıb. Nəzərinizə çatdıraq ki, bu hadisə geniş tamaşaçı auditoriyasının böyük maraq və diqqətinə səbəb olan "Toy gecəsi" bədii televiziya serialının 12-ci bölümündə baş verib. Əvvəlki seriyalarında olduğu kimi serialın bu bölümündə də bir sıra həyəcan dolu hadisələr cərəyan edir. "Qardaşının intiqamını almaq istəyən adam toy gecəsini gözləməz!" Bu sözləri təcridxanada Cavidlə görüşərkən Aslan deyir. Aslanla Cavid arasında gərgin bir görüş baş tutur  və nəticədə Cavid hər şeyi Aslanın istədiyi formada istintaqa etiraf edəcəyini bildirir. Daha bir gərginlik isə Aygünlə Səbinə arasında yaşanır.

"Oğluna sahib çıx, Fuad! Yoxsa sirrin ortaya çıxacaq!" Bu hədə dolu sözləri Fuad Qəhrəmanovla görüşərkən Namiq Qaraçuxurlunun Səbinəylə gizli çəkilən şəkillərini stola çırparaq Cahan söyləyir. Bəs Fuadın cavabı necə olur?

Bu və digər suallara cavab tapmaq istəyirsinizsə, "Toy gecəsi" bədii televiziya serialının bu gün axşam saat 19.00-da ATV kanalında yayımlanacaq 12-ci bölümünü izləməyi unutmayın.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31