Beren Saat və “Möhtəşəm yüzil”... (FOTO)
25 Dekabr 2013 10:53 MədəniyyətTürkiyənin Azərbaycanda da çox sevilən məşhur aktrisası Beren Saat ilin aktrisası seçilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Media Threads Mərkəzi"nin hazırladığı araşdırmanın nəticələrinə əsasən Türkiyədə 2013-cü ildə ən çox baxılan yerli dizi və dizi oyunçularının adları bəlli olub.Ən çox baxılan dizi arasında "Möhtəşəm yüzil" 1-ci yerə çıxıb. 2-ci yeri "Qurtlar Vadisi Pusu" tutub.Serial oyunçularından isə ilk sırada Beren Saat yer alıb. Necati Şaşmaz və Kenan İmirzalıoğlu 2-ci və 3-cü yerlərdə qərarlaşıblar. İmirzalıoğludan sonra isə "Möhtəşəm yüzil"dən ayrılan Məryəm Uzerli 4-cü yeri tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31