Beyons pərəstişkarlarına pul payladı
Beyons yeni albomunun piarı üçün 37 500 dollar xərcləyib
24 Dekabr 2013 18:44 MədəniyyətMəşhur müğənni Beyons bir daha dünyanı təccübləndirdi. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yeni albomunun satışı ilə dünyada birinci olan sənətçi pərəstişkarlarını sevindirib. Belə ki, yeni albomunu təqdim edən Beyons reklam üçün fərqli usual əl atıb. O, Massaçusetsin məşhur marketlərindən birinə daxil olaraq alış-veriş etməyə başlayıb. Ulduzu tanıyan insanlar onu əhatəyə alıblar. Hər kəsi Milad bayramı münasibəti ilə təbrik edən Beyons onlara 50 dollarlıq kupon hədiyyə edib. Marketdə həmin vaxt 720-yə yaxın alıcı olub. Beyons yeni albomunun piarı üçün 37 500 dollar xərcləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31