Məşhur caz ifaçısı dünyasını dəyişdi
24 Dekabr 2013 18:58 MədəniyyətTanınmış caz ifaçısı Yusif Lətif dünyasını dəyişib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur ifaçı 93 yaşında Massaçusets ştatındakı evində gözlərini əbədi olaraq yumub. Lətif tenor-saksofonda, fleytada, qoboyda, faqotda və bambuk fleytasında ifa edirdi. O, 1987-ci ildə "Yusif Lətifin kiçik simfoniyası"na görə "Qremmi" musiqi mükafatına layiq görülüb. 2010-cu ildə ABŞ-ın NEA Jazz Master adına layiq görülüb. Yaşının çox olmasına baxmayaraq, qastrol səfərlərini davam etdirirdi. Sonuncu qastrol səfərini bu ilin yayında həyata keçirb. Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31