Azərbaycanın ağır əməliyyat keçirmiş xalq artistindən xəbər var
24 Dekabr 2013 15:54 Mədəniyyət"Mənə elə gəlir, Rafiq özünü evdə daha yaxşı hiss edir, nəinki klinikada. Dünən çox halsız idi, ümumi zəifliyi vardı, bu gün özünü nisbətən yaxşı hiss edir".
Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında tanınmış diktor, xalq artisti Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova deyib.
Onun sözlərinə görə, bir neçə gündən sonra müayinə üçün akademik Əhliman Əmiraslanovla görüşəcəklər: "Türkiyədən gələndən sonra Əhliman müəllimlə görüşə bilməmişik. Rafiq bir az yaxşılaşsın, Əhliman müəllimin müayinəsinə ehtiyacımız olacaq. Rafiq hələlik havaya çıxa bilmir, evdə yavaş-yavaş gəzir. Səsi və ümumi vəziyyəti normallaşan kimi həm də jurnalistlərlə görüşəcək, onların bütün suallarını cavablandıracaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31