“Uşaqlığım ən böyük xəzinəmdi”

Türkiyəli müğənni Özcan Dəniz ərəb telekanallarının birində qatıldığı proqramda açıqlama verərkən deyib. Özünü aktyor, həm də rejissor kimi sınayan müğənni uşaqlıqda yaşadığı məşəqqətli həyatın onun bu gününə təsirsiz ötüşmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu məşəqqət Özacan həyatla mübarizə aparmaq, ayaqları üstdə durmağı öyrədib: "Uşaq yaşlarından etibarən çox məşəqqətlər yaşamışam. Amma bu çətinliklər mənə çox şey öyrədib, bu günə gəlməyimə kömək edib. Buna görə uşaqlığım mənim ən böyük xəzinəmdi". Film və seriallarının durumu haqda danışan Özcan Dəniz gileyini də gizlətməyib: "1990-cı ildən öncə çəkilən filmlər daha uğurlu idi, maraqlı sujet xəttinə sahib idi. Təəssüflər olsun ki, bu gün bəsir ssenarilərə çəkilən film, seriallar böyük kütləni özünə çəkə bilir. Hələlik ki, bunun səbəblərini aydınlaşdırmağa çalışıram. Çox təəssüflər ki, heç nə başa düşə bilmirəm. Texniki və yaradıcı heyət üçün də yatırımlar ayrılsa düşünürəm türk film, serialları bundan da böyük uğurlar əldə edə bilər".

Müğənni qadınlarla bağlı ünvanlandırılan bir sualını "Artıq öz ayağları üzərində dura bilən, çalışan, qərarlar qəbul edən,  müstəqil olan, boş şeylərə görə baş əyməyən qadınların Türkiyədə də üstünlük əldə etməsini istəyirəm" deyə cavablandırıb. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31