Can Bonomo sosial layihəyə imza atacaq
24 Dekabr 2013 14:06 MədəniyyətTürkiyənin "Eurovision 2012" təmsilçisi Can Bonomo Şərqi Anadoluda tikilməsi planlaşdırılan 6 məktəbə yardım edəcək. "OLAYLAR"ın Türkiyə mediasına istinadən xəbərinə görə, 6 məktəbin kitabxanası üçün maddi yardım edən müğənni "Hər kitab bir dünya" şüarı ilə bu layihəsini gerçəkləşdirəcək. Layihə ilə bağlı alış-veriş mərkəzlərinin birində heyranları ilə görüşən Bonomo özünü çox xoşbəxt hiss etdiyini deyib: "Bu layihə çərçivəsində təxminən minə yaxın kitab əldə etmişik. Belə xeyirxah bir işə imza atdığım üçün çox xoşbəxtəm". "OLAYLAR" İA.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31