Hüseyn Cavidin əsərləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun şəxsi təşəbbüsü və "Kaspi" qəzetinin və Kaspi Təhsil Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının böyük siması, Turan sevdalısı Hüseyn Cavidin əsərlərinin toplusu Türkiyə türkcəsində nəfis tərtibatda nəşr olunub. Kitabda H.Cavidin 6 dram əsəri, 1906-1909-cu illərdə İstanbulda tələbə olduğu zamanlarda qələmə aldığı "Maral", "Afət", və "Uçurum" pyesləri, şeirləri və müxtəlif illərdə çəkilmiş rəsmləri yer alıb. 944 səhifədən ibarət olan kitabın tərtibatçısı Hüseyn Cavid irsinin araşdırıcısı Doç. Dr. Azər Turan, redaktoru Selma Sukasdır. Kitab İstanbulda "Küsena" yayınları tərəfindən Step Ajans reklamçılık, Mətbəəçilik, tanıtım və Organizasyon Ltd. Şti.-də çap olunmuşdur. Qeyd edək ki, kitab AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31