Müasir Azərbaycan İncəsənət Sərgisinin təqdimatı olacaq
24 Dekabr 2013 12:53 MədəniyyətHeydər Əliyev Fondu və "Baku" jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan və bu günədək dünyanın altı ölkəsində nümayiş etdirilən "Fly to Baku. Müasir Azərbaycan İncəsənəti" sərgisi Bakıda, Heydər Əliyev Mərkzində təqdim ediləcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, sərginin rəsmi açılış mərasimi dekabrın 27-də keçiriləcək. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 100-dən artıq əsəri nümayiş etdiriləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açılıb. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən "Fly to Baku" yerli sakinlərin böyük marağına səbəb olub.