AMEA Ədəbiyyat İnstitutu ilə Gürcüstan Ədəbiyyat İnstitutu arasında müqavilə imzalanıb
23 Dekabr 2013 17:43 MədəniyyətAMEA Nizami adına Ədəbiyyat İnstitutunda Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib. Əsas məqsəd iki ölkə arasında elmi əməkdaşlığın mövcud vəziyyəti və inkişafı ilə bağlı müzakirələrin aparılması idi.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin əsas fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib.
Sonda iki institut arasında əməkdaşlığa dair müqavilə imzalanıb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31