Günaydan boşanma xəbərinə cavab

Azərbaycanlı model Günay Musayeva və türkiyəli aktyor Tolqa Karelin boşanma xəbəri yayılıb. Axşam.az-ın məlumatına görə, Türkiyə mətbuatında 2011-ci ildə nikah masasına oturan cütlüyün tez-tez mübahisə etdiyi deyilir. Xəbərdə bir məkanda dostları ilə əyləşən Günayın onlara həyat yoldaşından şikayət etdiyi bildirilib:
"Tez-tez dalaşırıq, Tolqa övladımıza atalıq belə etmir. Artıq bu hala dözə bilmirəm, boşanacağam". Yayılan xəbərdən əsəbiləşən G. Musayeva şayiələrə son qoyub:
"Bu xəbər əsassızdır. Həyatımda bir dəfə də olsun, o məkana getməmişəm. Belə bir dərdim yoxdur. Tolqa çox yaxşı atadır. Buna heç kimin şübhəsi olmasın. Bu cür yazılara cavab vermək kimi bir adətim yoxdur. Hamısını uydururlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31