Ukraynanı “Avroviziya-2014”də bu qız təmsil edəcək

Ukrayna mətbuatının məlumatına görə, "Avroviziya" mahnı yarışmasının Ukraynada seçimlərində Mariya Yaremçuk qalib gəlib. Yaremçuk müsabiqədə "Tick-Tock" adlı mahnısı ilə iştirak edib. Keçən il də xanım müğənni Ukrayna seçimlərində "Imagine" adlı mahnısı ilə iştirak etsə də, Mariya orada yalnız 5-ciliklə kifayətlənib. Qeyd edək ki, 2014-cü ildə "Avroviziya" mahnı yarışması Danimarkada keçiriləcək("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31