“Füzulinin ərəbcə poetik irsi”-yeni kitab nəşr olunub

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlünün "Füzulinin ərəbcə poetik irsi" kitabı işıq üzü görüb. Monoqrafiyada ilk dəfə olaraq, Məhəmməd Füzulinin ümumi yaradıcılığı üçün xarakterik olan bir sıra məsələlərin - Füzulinin fəlsəfi-dini görüşləri, etik-estetik qənaətləri, süfizmə münasibəti, məhəbbət konsepsiyası və s. kimi mövzuların dahi söz ustadının ərəbcə poetik irsindəki təcəssüm və bədii təfsiri araşdırılır. Füzulinin ərəbcə şeirləri ərəb poetik ənənələri zəminində tədqiq edilərək, mövzu seçimində ənənə və varislik əlaqələri, poetik ifadə tərzi və leksik fonundakı ümumi müştərəklik üzə çıxarılır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31