«Əshabi-Kəhf» hekayəsi ərəb dilindən tərcümə olunub
23 Dekabr 2013 14:57 MədəniyyətAMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Coşqun Zəki tanınmış ərəb yazarı və şairi İmad əş-Şafeinin "Əshabi-Kəhf" adlı hekayəsini ərəb dilindən tərcümə edərək, şərhlərlə Azərbaycan dilində oxuculara çatdırıb. Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ və Nəhəcir dağları arasındakı təbii mağarada müqəddəs ziyarətgah olan "Əshabi-Kəhf"in əhvalatı Qurani-Kərimin 18-ci surəsində öz əksini tapmışdır. Eyni adlı məkanın Fələstin, Türkiyə, Suriya ərazilərində olmasını qeyd edən bir sıra qədim mənbələr də mövcuddur. Xalqımızın çox inam bəslədiyi bu məkana bu gün də yüzlərlə insan gəlir, Allah yolunda qurbanlar kəsilir, niyyət edilir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31