Ebru Gündeş 500 min TL dəyərində təzminat ödəyə bilər

Həyat yoldaşı Rza Zərrabın həbsindən sonra bir müddət "O Səs Türkiyə" proqramının münsif heyətindən uzaqlaşan müğənni son qərarını açıqlayaraq yayımlara qatılacağını vurğulayıb. Buna baxmayaraq müğənni yeni il gecəsində proqrama və konsert tədbirlərinə qatılmaqdan imtina edib. Dekabrin 31-də Nuhun Gəmisi otelində konsert verməyi planlaşdıran müğənni hələlik bu haqda konkret bir qərara gələ bilməyib. Otellə bağlanan müqaviləyə görə, 3 min 375 türk lirəsinə olan konsert biletlərindən müğənni 250 min TL əldə edəcək. Konsertdən imtina  edəcəyi halda isə müğənninin 500 min TL ödəyəcəyi bildirilib. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31