Üzeyir İsraildən qayıdıb

Yenicə İsraildə solo konsertdən qayıdan tanınmış sənətçi Üzeyir Mehdizadə yerli şou biznesdə yeniliyə imza atıb. "OLAYLAR"ın xəbərinə görə, Üzeyir Mehdizadə artıq "Xattab Organization" booking şirkəti ilə çalışmağa başlayıb. Şirkət sənətçinin imici, tədbirlərdə iştirakı ilə məşğul olaraq onu mahnılar və səhnə ilə təmin edəcək. Bu barədə açıqlama verən tanınmış təşkilatçı Samir Xattab qeyd edib ki, artıq müğənninin komandasında xaricdən gəlmiş şəxslər işləyəcək: "Komandada Türkiyənin tanınmış sənətçiləri ilə işləyən səs rejissoru dj olacaq. Yaxın günlərdə tamaşaçılara yeni layihələr təqdim olunacaq ".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31