"Məni eyinlərinə almadılar, serial belə oldu"
23 Dekabr 2013 18:47 MədəniyyətTürkiyənin Kanal D telekanalında nümayiş olunan "A.Ş.K." teleserialının növbəti, 13-cü seriyası ilə yarımçıq başa çatacaq. Serialda baş rollardan birini oynayan tanınmış aktrisa Nebahat Çehre yaşananlara görə çəkiliş qrupunu suçlayıb. AHT bildirir ki, aktrisa deyib: "Mənim kimi aktrisa, layihəni təkbaşına inkişaf etdirəcək adam varkən yararlana bilmədilər. Serialı çəkən AB qrupuna çox xeyir verə bilərdim. Videotanıtımlarda məni ən son yerə qoydular, şəklimi vermədilər, heç yoxmuşam təki davrandılar. Zərərini də onlar gördülər. Serial yarımçıq başa çatır. Əfsuslar olsun ki, serialın tanıtımı yaxşı alınmadı. Səbrsiz davrandılar. Halbuki çəkiliş qrupu çox çalışdı".69 yaşlı aktrisanın dediyinə görə, "A.Ş.K." ilə bağlı duruma sox təəssüflənir. Teleserial gələn həftə başa çatacaq. milli.az