Bred Pitt 50 yaşı olduğunu qəbul etmək istəmir
24 Dekabr 2013 01:03 MədəniyyətBir neçə gün öncə 50 yaşını tamam edən məşhur aktyor Bred Pittin addımı hər kəsi təəccübləndirib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, təmtəraqlı bayramların həvəskarı olan Hollivud aktyoru nədənsə bu gününü qeyd etməyib. Özəl gecəsini ailəsi ilə keçirən ulduz bu hərəkəti ilə təəccüb doğurub. "Us Weekly" qəzeti yazır ki, Bred həmin gününü işdə və evdə keçirib və adi gündən fərqli bir şey yaşamayıb. Hətta o, 50 yaşının olduğu haqda danışmaq belə istəmir. Bred yarım əsri tamamladığı üçün özünü pis hiss edir. Xatırladaq ki, həyat yoldaşı Ancelina Coli Bred Pittə ürəkşəkilli ada hədiyyə etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31