Nazpəri Dostəliyeva ad gününü təxirə saldı

“Mən Allahı sevən, dinimizə hörmət edən bir xanımam”

Xalq artisti Nazpəri Dostəliyevanın bu gün doğum günüdür. Sevimli sənətkarımızla bu gün əlaqə saxladıq, onu təbrik etdik. Nazpəri xanımın dedikləri: "Bilirsiniz ki, bu gün imamlarımızın 40-dır. Mən Allahı sevən, dinimizə hörmət edən bir xanımam. Ona görə də bu gün ad günümü qeyd etmirəm. Sadəcə olaraq ailə üzvlərimlə birlikdə çay süfrəsi arxasında əyləşəcəyik. Mən və mənim ailə üzvlərim bütün varlığımızla Allahımızı sevən, ona inanan, dinimizə sonsuz hörmətlə yanaşan Tanrı bəndələriyik. Ad günümü nə vaxt və harada möhtəşəm qeyd edəcəyimi isə eksklüziv olaraq olaylar.az-a açıqlayacam. Mən dildə yox, qəlbimdə Allaha bağlı bir insanam" ("OLAYLAR").
 

Alim Nəbioğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31