Ebru Gündeş qərarını verdi
23 Dekabr 2013 10:33 MədəniyyətHəyat yoldaşı Rza Zərrabın həbs olunmasından sonra "O Səs Türkiyə"də iştirak edib-etməyəcəyi müzakirə mövzusuna çevrilən müğənni Ebru Gündeş proqram haqda artıq qərarını verib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gündeş sabah canlı yayımlanacaq və bundan sonra yayımlanacaq bütün "O Ses Türkiye" proqramlarına qatılacaq. Sevilən sənətçi "O Ses Türkiye Yılbaşı Özel" proqramında isə iştirak etməyəcək.
Yeni ildə Kıbrısdakı "Nuhun gəmisi"ndə səhnəyə çıxmalı olan Gündeşin buradakı konsert proqramında iştirak edib-etməyəcəyi də məlum deyil. Müğənnini dinləmək istəyənlər adam başına otelə 3 min 375 lirə ödəyiblər və artıq bütün yerlər dolub. Sənətçi konsertini vermədiyi təqdirdə otel rəhbərliyi təzminat iddiası ilə məhkəməyə müraciət edəcək.