"Mənim üçün ən vacib olan Selena Qomez idi"
20 Dekabr 2013 18:44 MədəniyyətMüğənni Castin Biber keçmiş sevgilisi və həmkarı Selena Qomez haqqında danışıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Castin S. Qomezin möhtəşəm qadın olduğunu bildirib: "Etiraf edim ki, onunla hər şey gözəl idi. "All that matters" ("Mənalı olan hər şey" - red.) mahnısını birlikdə xoşbəxt olduğumuz zaman yazmışdım. Mənim üçün ən vacib şey Selena idi".
Qeyd edək ki, C. Biber və S. Qomez 2011-ci ilin sonundan 2012-ci ilin noyabr ayınadək sevgili olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31