Rza Zərrabın Ebru Gündəşə milyon dollarlıq hədiyyələri

40 milyon dollara iki villa, 4 milyon lirəyə mənzil, 1 milyon 850 min lirəyə bağ evi, Dubayda ev hədiyyələrdən bəziləridir

Korrupsiya əməliyyatının mərkəzində adı hallanan Azərbaycan əsilli iş adamı Rza Zərrabın həyat hekayəsi maraqlı məqamlarla boldur. Türkiyə onu müğənni Ebru Gündəşin həyat yoldaşı kimi tanıyıb. Evliliklərindən bu yana Rza Zərrab Ebru Gündəşə verdiyi sərvət dəyərində olan hədiyyələri ilə medianın diqqət mərkəzində olub.
ANS PRESS azərbaycanlı iş adamının milyonlarla dollar qiyməti olan hədiyyələrindən bəzilərini təqdim edir.
Qızı Alaranı dünyaya gətirdiyinə görə, Kanlıca da 40 milyon dollar dəyərində iki villa (yalı), yollara tökülən tonlarla güllər, "Sapfir" göydələnində 4 milyon lirə dəyərində mənzil, 1 milyon 850 min lirəlik bağ evi, Dubayda ev Ebru Gündeşə əri tərəfindən verilən hədiyyələrdən bəziləridir.
Zərrab Ebru Gündəşə toy hədiyyəsi olaraq 520 min lirəlik "BMW 7.60" alıb. Maşının sadəcə nömrəsində "EBR" seriyasına 50 min dollar pul sayılıb. Bayramda Kiprdə səhnəyə çıxan Ebru Gündəş 60 min lirə qazanıb. Amma, əri onun Kiprə getməsi üçün 80 min lirəyə təyyarə icarəyə götürüb.
Hətta korrupsiya əməliyyatından 1 gün əvvəl hərraca qatılmış, Nəzmi Ziyanın "Sənətçinin Evi" adlı tablosunu 1 milyon 50 min lirəyə alıb.
Rza Zərrab 1984-cü ildə Bakıda varlı bir ailədə dünyaya gəlib. Ailə zərgərlik və benzin ticarəti ilə məşğul olub. Tərkibində 6 fərqli şirkət olan "Royal" dəniz şirkətinin sahibidir. Biznesmenin adı Ebru Gündəşdən əvvəl Azəri qızı Günellə hallanıb.
Günel Zeynalova ilə uşaqlıq sevgisi Rza Zərrabın 8 illik münasibətləri 2008-ci ilin sentyabr ayında bitirib. İş adamı Ebru Gündəşə aşiq olub. "Ebru Gündəş dəli kimi aşiq olduğum, uğruna canımı verəcəyim qadındır. Ömür boyu birlikdə yaşamaq qərarına gəlmişik. Günel ilə 8 il birlikdə keçirdik. Amma, mən illərdir Ebru Gündəşə platonik olaraq aşiq idim. Bunu Günel də bilirdi",-deyə açıqlamasında bildirib.

Xatırladaq ki, Zərrab Ebru Gündəşə "Challenger 300" tipli şəxi təyyarə və 'El Ganador" adlı ingilis yarış atı da hədiyyə etmişdi. Adıçəkilənlərdə müsadirə olunan əmlakları sırasına daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31