Tanınmış musiqiçi Aslan İlyasov dünyasını dəyişdi

Sənətçi saat 13:00-da keçinib

Qarmon ifaçısı Aslan İsmayılov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Musiqiçinin oğlunun verdiyi məlumatına görə, o, bu gün saat 13:00-da keçinib: "Birdən-birə halı pisləşdi, xəstəxanaya götürmək istəsək də çatdırmadıq. Keçindi...".
Qeyd edək ki, Aslan İlyasov Bayıl qəsəbəsindəki evində dünyasını dəyişib. Mərhumun ana vətəni Salyanda dəfn ediləcəyi bildirilir.
Xatırladaq ki, uzun müddətdir sirrozdan əziyyət çəkən Aslan İlyasov yataq xəstəsi idi.
Allah rəhmət eləsin! ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31