Bakıda Mövlana anılır

Dekabrın 20-də Bakıda Mövlana Cəlaləddin Ruminin 740-cı ildönümü münasibəti ilə konfrans keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyindən "OLAYLAR"a verilən məlumata görə,  Bakı Dövlət Universitetində  "Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani Prespektivində Azərbaycandan- Anadoluya İrfan yolu" adlı konfrans baş tutub. Səfirlikdən bildirilib ki, dekabrın 20-də saat 20:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  Həzrəti Mövlananın 740-cı ildönümü və Seyyid Yəhya Şirvaninin 550 illik yubileyi münasibəti ilə təşkil olunan Konya Türk Təsəvvüf Musiqi Qrupunun "Səma Göstərisi "proqramı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31