Brilliant Dadaşova Paris və Londonu “partladacaq” VIDEO
20 Dekabr 2013 13:40 MədəniyyətXalq artisti Brilliant Dadaşova dinləyicilərinə söz verdiyi yeni mahnısını təqdim edib. Xanım Dadaşovanın yeni mövsümün hiti olacaq yeni mahnısı "Paris London" adlanır. Sözləri Brilliant Dadaşovaya, musiqisi Cavid Cavadoğluna aid mahnı məhəbbət mövzusundadı. Mahnının məzmununa görə, Brilliant dünyanı gəzən sevgilisini hədələyərək Parij ve Londonu dağıdacağını söyləyir. Müğənninin produseri Hüseyn Cavadzadə "OLAYLAR"az-a açıqlamasında ifa ilə bağlı bunları söyləyib: " Əslində mahnının yeni
ildən sonra videokliplə təqdim olunması düşünülmüşdü. Hətta bir neçə gün ərzində bu ifanın öz rəqsi də hazırlanırdı. Lakin gözləmədiyimiz məqamda, qeyri-müəyyən yollarla musiqinin saytların birində yayımı planlarımızı pozub. Ona görə də "Paris London"-un ən son keyfiyyətli versiyasını dinləyicilərə təqdim edirik. "OLAYLAR" İA.