Bakı, Şirvan, Quba xalçaları
20 Dekabr 2013 13:24 Mədəniyyət"Bakı, Şirvan, Quba xalçaları" adlı kataloq işıq üzü görüb. Yeni kataloq AMEA Milli Azərbaycan Tarixi Muzeyinin nəşridir. Kataloq iki dildə çap olunub.
Muzeyin kolleksiyasında qorunan Bakı, Şirvan, Quba xalçalarına həsr edilən və gələcəkdə nümunə olaraq istifadə ediləcək müfəssəl təsnifatlı nəşr muzey tərəfindən ilk dəfə həyata keçirilir.
Kataloqda Muzeyin kolleksiyası barədə qısa informasiya verilir, kataloqa daxil olan hər eksponatın toxunma tarixi ilə yanaşı, digər məlumatlar göstərilir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31