Türkiyəli müğənni Bakıda səhnəyə sərxoş çıxdı
19 Dekabr 2013 19:25 MədəniyyətTanınmış türkiyəli müğənni-aktyor Halil Sezai dünən Bakıda sayca ikinci konsert proqramı ilə çıxış edib. Klubların birində məhdud sayda tamaşaçılar üçün oxuyan Halil yenə ampluasına sadiq qalaraq səhnəyə sərxoş çıxıb.
Özünü düzgün təqdim edə bilməməsi məkana toplaşanların haqlı narazılığına səbəb olub. Təşkilatçılar məşhur qonağa özünü toparlamağı xatırlatsalar da o, bütün iradları qulaq ardına vurub.
Qeyd edək ki, "İncir reçeli" (əncir mürəbbəsi) filmində canlandırdığı Metin obrazı ilə geniş tamaşaçı rəğbəti qazanmış Sezai, bu ilin aprelində paytaxtımızda verdiyi ilk konsertində də mahnılarını içkili vəziyyətdə oxumuşdu./Simsar.Az/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31