Azərbaycan və Gürcüstan milli kitabxanaları arasında memorandum imzalanacaq
19 Dekabr 2013 18:55 MədəniyyətAzərbaycan və Gürcüstan milli kitabxanaları arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanacaq.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, dekabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan və Gürcüstan milli kitabxanaları arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandumun rəsmi imzalanma mərasimi keçiriləcək.
Bundan başqa, Gürcüstan Milli Kitabxanası tərəfindən Azərbaycan Milli Kitabxanasına hədiyyə olunan 100 nüsxə kitabın təqdimatı olacaq. trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31