“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə “Kültür Harmanı” Azərbaycandan proqramları hazırlamağa başladı
"TRT Avaz”ın ünlü “Kültür Harmanı” proqramı Azərbaycanda!
19 Dekabr 2013 18:46 MədəniyyətProqramın 98-103-cü bölümləri Azərbaycana ayrılıb
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi ilə respublikamıza təşrif buyuran "Kültür Harmanı" proqramının yaradıcı və texniki heyəti artıq Bakıdadır. Proqram TRT Avaz kanalında 8 mövsümdür yayınlanmaqda olan mədəniyyət-sənət proqramıdır.
ABAİ İB prezidenti, millət vəkili dr. Qənirə Paşayevanın verdiyi məlumata görə Türkiyənin qardaş ölkələrlə bağlarının güclənməsini təmin edəcək, mədəniyyət dünyasını zənginləşdirəcək olan "Kültür Harmanı" 19 dekabr - 2 yanvar tarixləri arasında Bakı ilə bərabər ölkəmizin bir sıra regionlarında, tarixi məkanlarında da olacaq və geniş çəkilişlər aparılacaq, proqramlar hazırlanacaq. Çəkilişər aparmaq və reportajlar hazırlamağı, Azərbaycana məxsus mədəniyyət, musiqi, ədəbiyyat, toy, yemək, folklor, film və s.-ni Türk dünyasına və dünyaya tanıdaraq ortaq mədəniyyətə xidmət etməyi planlaşdıran proqram, öz içəriyi ilə diğər mədəniyyət proqramlarından, sözün yaxşı mənasında fərqlənir.
Hər həftə fərqli məkanlardan izləyicilərin görüşünə gələn "Kültür Harmanı"nda bir-birindən maraqlı köşələr (rubrikalar) təqdim edilir. - "Söhbəti bol" köşədə, hər həftə, öz sahəsində güclü mütəxəssis sayılan bir qonaqla, müəyyənləşdirilən mövzu ətrafında zövqverici söhbət aparılır.
"Başucu kitabları" köşəsində, köhnə-yeni üç kitab detallı bir şəkildə izləyicilərin istifadəsinə təqdim edilir.
"Bir sevdadır sinema" köşəsində, tamaşaçılarda unudulmaz izlər buraxdığına və bir sevdaya dönüşdüyünə inanılan bir film (filmdən qısa səhnələrlə) təkrar xatırlanır.
"Keçmiş zaman olur ki..." köşəsində, fərqli bir qonaqla, bir insandan (qurumdan-əsərdən-iş və/ya olaydan) bəhs edilir.
"Şərqilər bizi söylər" köşəsində, hamının hekayəsini musiqiyə tökən bəstəyə, şərqiyə və/ya yorumçuya qulaq verilir.