Ebru Gündeş xəstəxanaya qaldırıldı

Sənətçi xəstəxanadan çıxıb Rza Zərrabın görüşünə etdi

Bildiyimiz kimi Türkiyədə "Rüşvət və sui-istifadə" istintaqı ilə saxlanılan 49 nəfərin arasında sənətçi Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab da var. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iş əlaqələri üçün dövlətin müxtəlif qurumlarına 142 milyon TL rüşvət verdiyi iddia edilən iş adamı Zərrab, dünənki basqında evindən hüquq-mühafizə orqanlarına aparıldı. Rza Zərrabın İstanbul Təhlükəsizlik Müdirliyinə aparılmasının ardından işadamının həyat yoldaşı Ebru Gündeşin də əhvalı pisləşib. Özəl xəstəxanaların birinə qaldırılan Gündeş, axşama qədər həkim nəzarətində saxlanılıb. Axşam saatlarında yaxınlarının müşayiəti ilə xəstəxanadan ayrılan Gündeş, oradan birbaşa İstanbul Təhlükəsizlik Müdirliyinə getdi. Həyat yoldaşını görmək istədiyini bildirən Gündeşə, yalnız iki dəqiqəlik görüşə icazə verildi.

Bu olanlardan əvvəl, yəni dünən - Ebru Gündeşin həyat yoldaşı Rza Zarrab saxlanıldığı gün sənətçi Instagram səhifəsində "O Ses Türkiye"də çəkilmiş fotoğraflarını yayımlanması çaşqınlıq yaratmışdı. Gündeş fotoları Twitter hesabından da paylaşmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31