Kıvanç Tatlıtuğa dublyor tapıldı
19 Dekabr 2013 19:02 MədəniyyətTürkiyəli aktyor Kıvanç Tatlıtuğ "Qurd Seyt və Şura" teleserialının çəkilişində dublyora ehtiyac duyub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftə atdan yıxılaraq qabırğasını sındıran sənətçi atlı səhnələri canlandıra bilmir. Bu səbəbdən Rusiyadan dublyor gətirilib. Kıvanç Tatlıtuğ isə qabırğasındakı güclü ağrılara baxmayaraq, çəkilişlərə ara vermir. Aktyor hər gün ağrıkəsici iynədən istifadə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31