Xumar Qədimova Yeni ili BƏƏ-də keçirəcək
19 Dekabr 2013 13:38 MədəniyyətNazlı-qəmzəli, şivəli-nazlı bəstəkar-müğənni, fəlsəfi zövqlü Xumar Qədimovanın müvəqqəti olaraq vətəni tərk edəcəyi haqda xəbərə aydınlıq gətirmək məqsədilə müğənni ilə əlaqə saxladıq. Sualımızı təbəssümlə qarşılayan xanım müğənni açıqlamasında bildirdi ki, "bəli, müvəqqəti olaraq Bakıda olmayacam. Qarşıdan Yeni il gəlir, sayılı günlər qalıb. O məqsədlə də Yeni ili oğlum Uğurla bərabər Birləşmiş Ərəb Əmirliklərində keçirəcəm. Dubayda oğlumla dincələcəm". Qalmaqaldan, dedi-qodudan uzaq Xumar xanım təzə ildən xit mahnıları ilə öz heyranlarının görüşünə gələcək. Oxuduğu hər bir bəstəsinə və unudulan retro mahnılara yeni nəfəs, ruh verən Xumar xanım gələcək layihələri ilə bağlı açıqlama vermədi. Çünki o, sözlə, boş vədlərlə yox, real iş və onun nəticələri ilə tamaşaçılarını sevindirir.Bu da Xumar xanımın bir sənət siyasətidir. Uğurlar sizə ("OLAYLAR").
Alim Nəbioğlu