Məryəm Üzərli: "Artıq az qaldı..." - FOTO
19 Dekabr 2013 19:31 MədəniyyətTürkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"dakı Hürrəm Sultan rolundan sonra fenomenal dərəcədə məşhurlaşan aktrisa Məryəm Üzərli ana olmağa hazırlaşır.
Hamiləliyin 7-ci ayında olan aktrisa Berlində "normal yaşamıma davam edirəm" söyləyib.
AHT bildirir ki, gələn ilin fevral ayında ana olacaq Məryəm Üzərli deyib: "Artıq az qaldı, övladım dünyaya gəlir. Çox sevinir, eyni zamanda qorxuram. Çünki həyatına görə cavabdeh olacaq bir insanım yaşayacaq".
Aktrisa yaxın dostu, tanınmış alman fotoqraf Urban Rutsun kameraları qarşısına keçərək fotosessiyaya çəkilib. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31