Məhşurlardan kim “bir nömrəli” olacaq
18 Dekabr 2013 17:19 MədəniyyətYanvarın 13-də 2013-cü ilin ən yaxşısı seçilən şou-biznes nümayəndələri mükafatlandırılacaq. Artıq bir neçə aydır davam edən sorğuya əsasən ilin bir nömrəli müğənnisi, reperi, meyxanaçısı, klipi, rejissoru, prodüseri, qrupu, stilisti, saytı və digər nominasiyalar üzrə qaliblər bəlli olacaq.
Xalq artisti Aygün Kazımova, Faiq Ağayev, Aysel Əlizadə, müğənni Nadir Qafarzadə, Elnur, Rüfət Axundov, Xatirə İslam, Sevda Yahyayeva, meyxanaçı Namiq Qaraçuxurlu, rəqqasə Oksana Rəsulova və başqaları mükafat alanlar sırasında yer alacaq. Gecənin təşkilatçısı və aparıcısı Tural Ozandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31