Həkim Möminin töhfəsi
18 Dekabr 2013 17:05 MədəniyyətAMEA M.Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Mir Məhəmməd Hüseyni Möminin "Həkim Möminin töhfəsi" kitabının I cildi çapdan çıxıb.
Səfəvilər dövrünün istedadlı alim-təbibi olan M.Mömin Şah Süleymanın sarayında çalışdığı zaman yazdığı bu əsərdə Zəkəriyya Razi, İbn Sina, İbn Baytar və başqa məşhur təbabət alimlərinin əsərlərindən və özünün şəxsi təcrübəsindən istifadə edərək, Şərq təbabəti və əczaçılığının nəzəri və praktiki məsələləri barədə məlumat verib.
Əsər XX əsrin əvvəllərinə qədər Yaxın və Orta Şərqdə təbiblər arasında çox yayılmış və geniş istifadə edilən kitablardan biri olub. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31