"O Səs Türkiyə"də azərbaycanlı qız şoku! VIDEO
Mahnının sözlərini tamamiylə özü istədiyi kimi dəyişib səsləndirməsi münsiflər heyətinin hər birinin mənfi cavabına səbəb olub
18 Dekabr 2013 16:17 MədəniyyətTürkiyənin məşhur səs yarışması olan "O səs Türkiyə" proqramına öz bəsdəsi ilə qatılan əslən azərbaycanlı olan Tuğçə Gəndigələn ötən gecə yarışmadan uzaqlaşdırılıb. Ans-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qatıldığı andan bütün münsiflər heyətini səsi və səhnə performansı ilə şoka salan gənc qız, yaxşı başladığı yarışmanı pis bitirib.
O, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin qalibi olan "Euphoria" mahnısını ifa edib. İfaçının mahnının sözlərini tamamiylə özü istədiyi kimi dəyişib səsləndirməsi jurilərin hər birinin mənfi cavabına səbəb olub. Tuğçə Ebru Gündəşin komandasından olmasına baxmayaraq ondan da mənfi rəy alaraq oyundan uzaqlaşdırılıb.