Azərbaycanın ilk qadın şairəsi-Məhsəti Gəncəvi

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunan "Məhsəti Gəncəvi dünya şərqşünaslığında" mövzusunda elmi sessiya keçirilib.
Muzeyin direktoru, Məhsəti yaradıcılığının tədqiqatçısı, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov bildirib ki, tarixə ilk Azərbaycan şairəsi kimi daxil olan Məhsəti yaradıcılığına həsr olunan tədbirlər iştirakçılara ədibin fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası ilə yaxından tanış olmaq imkanı verir.
R.Hüseynov bildirib ki, cari ildə yaradıcılığının 900 illik yubileyi YUNESKO tərəfindən qeyd edilən Məhsəti Gəncəvi irsi bu gün dünyada geniş şəkildə öyrənilir: "Onun yubileyinin dünyanın mədəniyyət paytaxtlarından olan Parisdə, eləcə də Fransanın bir sıra şəhərlərində qeyd edilməsi Azərbaycan qadınının XII əsrdə mövcud olan yüksək milli-mənəvi dəyərlərə, yüksək intellektual təfəkkürə və elmə malik olduğunu sübut edir". "OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31