Nazpərinin 200 min manatlıq iddiası rədd edildi QALMAQAL

Bu gün Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə xalq artisti Nazpəri Dostəliyevanın iddia ərizəsi əsasında məhkəmə prosesi baş tutub. Bu barədə İ. Quliyevanın vəkili Ceyhun Cəfərov məlumat verib. O, bildirib ki, məhkəmə əsaslı qətnamənin qəbul olunması üçün bu işin linqvistik ekspertizaya göndərilməsini vacib sayıb.
Xatırladaq ki, Nazpəri Dostəliyeva ATV kanalında yayımlanan "Ümid var" verilişində İlhamə Quliyevanın onun şərəf və ləyaqətinə xələl gətirəcək ifadələrdən istifadədə ittiham edirdi.
N. Dostəliyeva iddiasının sübuta yetirildiyi təqdirdə İ. Quliyevadan 200 min manat pul təzminatının tələb olunmasını istəyirdi.
Qeyd edək ki, növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31