Hande Yener: "Ac yaşayıram"
18 Dekabr 2013 19:07 MədəniyyətTürkiyənin tanınmış müğənnisi Hande Yener son konsertində pərəstişkarlarından birinə verdiyi maraqlı cavabla gündəmə gəlib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, izləyicilərdən biri sənətçiyə əməliyyatla bağlı sual verib: "Ayaqların çox gözəldir. Plastik əməliyyat etdirmisən?".
Hande Yener isə buna aqressiv cavab verib: "Nə əməliyyatı? Ac yaşayıram. Formada qalmaq üçün zövq aldığım heç nəyi yeyə bilmirəm. Bütün gün idman zalındayam. Həyatım bildiyiniz qədər asan deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31