Beyonsun albomu rekord qırır

Dünya şöhrətli müğənni Beyonsun öz adını daşıyan yeni albomu pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, albom 6 gün ərzində mobil telefonlarda ən çox istifadə edilən mahnı tətbiqetməsi olan "iTunes"də 800 min istifadəçi tərəfindən endirilib. Bu göstəricinin müğənni Teylor Sviftin rekordunu geridə qoyacağı ehtimal edilir. Sənətçinin "Red" ("Qırmızı") albomunu 10 gündə 1.2 milyon dinləyici yükləmişdi.
 Qeyd edək ki, mahnıların video formatında yerləşdirilməsi ilə izləyicilərin diqqətini çəkən "Beyons" albomunda 14 mahnı və 17 klip yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31