Nazir: "Yeni ilin 1 gecəsini 400 manat eləməklə turistləri başqa ölkəyə qaçıra bilərlər"

Əbülfəs Qarayev regionlarda otellərin qiymətlərinin artmasına münasibət bildirib

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Yeni il öncəsi regionlarda otellərin qiymətlərinin artmasına münasibət bildirib. "Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi"nin 5 illik yubiley mərasiminə qatılan nazir jurnalistlərə açıqlamasında yaranan vəziyyəti sahibkarlar arasında rəqabət kimi dəyərləndirib: "Bu sahibkarlar arasında rəqabətdir. Qiymət artımı ancaq həftə sonu baş verə bilər. Ayrı günlər qiymətlərin artması qeyri-mümkündür, qadaqandır. Sahibkarlar özləri düşünməlidirlər ki, Quba rayonunda Yeni il bayramının 1 gecəsini 400 AZN eləməklə turistləri başka ölkəyə qaçıra bilərlər." ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31