Elariz: “Konsert üçün maddi vəsait olmalıdı”
18 Dekabr 2013 12:00 Mədəniyyət" "Yeddi mahnı" adlı albomuma daxil olan mahnılar hazırda hit olub. Konsertlərə, tədbirlərə dəvət alarkən də xüsusən son alboma daxil olan mahnıları səsləndirməyi xahiş edirər", deyə Elariz Məmmədoğlu "OLAYLAR"a açıqlamasında deyib. Hazırda telekanallar tərəfindən təşkil olunan konsertlərə dəvət aldığını deyən müğənni bu arada solo konsertlə bağlı planlar cızmadığını deyib. Müğənni bunun səbəbini belə izah edib: "Konsert üçün maddi vəsait olmalıdı, buna görə hələ ki konsert planlaşdırılmır". E.Məmmədoğlu yeni ildə yeni albomunu təqdim edəcəyini də söyləyib: "Yeni ildə növbəti albomumun təqdimatı olacaq. Hələ ki, albomun adını dəqiqləşdirməmişik. İşlər yekunlaşandan sonra albomun da adını dəqiqləşdirəcəyik". Müğənni sonda qarşıdan gələn illə bağlı ürək sözlərini də bizimlə bölüşərək yeni ildə hər kəsə karyera və şəxsi həyatında uğurlar arzulayıb.