Röyanın konserti ilə bağlı isti xəbərlər
18 Dekabr 2013 11:57 Mədəniyyət"Hələlik ki, konsertlə bağlı hazırlıqlar davam edir. Konsert müddətində Röya yeni ifaları ilə yanaşı illər öncə oxuduğu mahnılarını yenidən səsləndirəcək. Bir neçə saat olması planlaşdırılan konsertdə təxminən 2-dən artıq mahnı ifa olunacaq", deyə Röyanın prodüseri Kənan "OLAYLAR" İA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, müğənninin yeni albomunun hazırlıq işləri də artıq yekunlaşmaq üzrədi: "Alboma daxil olan iki-üç mahnı üzərində işlər qalıb. Digər ifalar hazırdı. Hələlik ki, albomun konsert ərəfəsində, yaxud ondan sonra hazırlanacağı ilə bağlı dəqiq bir məlumat deyə bilmərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31