Coşqun Rəhimovun səhhəti yaxşıdı
18 Dekabr 2013 11:56 MədəniyyətBu haqda "OLAYLAR"a açıqlamasında "Bu Şəhərdə"nin ssenaristi Müşfiq Abbasov deyib. Onun sözlərinə görə iki ildə bir dəfə müayinədən keçən aktyor yaxın günlərdə Bakıya qayıdacaq: "Həkimlərin diaqnozuna görə, Coşqun iki ildə bir dəfə müayinədən keçməlidi. Buna görə, ötən gün Türkiyəyə yola düşüb. Səhhəti yaxşıdı, bir neçə günə Bakıya qayıdacaq". Ssenarist marta planlaşdırılan "Qızıl Gül" adlı konsert layihəsi haqda da danışıb: "8 Martda xanımlara ən çox hədiyyə olunan iki əşya qızıl və güldü. Buna görə konsertimiz "Qızıl Gül" adlanır. Yeni səhnələr olacaq. Ümid edirik ki, bu dəfə də növbəti rekorda imza atarıq. Amma ötən ildən fərqli olaraq hələlik ki, konsertin yeddi günə aid biletləri satışdadı. Tələbat olarsa bu müddəti artıra da bilərik". Satışla bağlı məlumat verən Müşfiq Abbasov artıq iki günün biletlərinin satıldığını vurğulayıb. M.Abbasov konsertdən sonra komediya janrında film çəkəcəklərini də deyib: "Hələlik ki, filmin adını dəqiqləşdirməmişik. Mart konsertindən sonra bu istəyimizi reallaşdıracağıq. Çəkilişlər Azərbaycanla yanaşı Türkiyədə də olacaq".