Serdar Ortaç milyonluq maşınlarından imtina etdi

Model nişanlısı Çloe ilə ticarət mərkəızlərindən birində alış-veriş edən Serdar kameralara tuş gəlib

Türkiyəli müğənni Sərdar Ortaç bahalı avtomobillərindən imtina edib.  Türkiyə mətbuatının verdiyi məlumata görə, bir zamanlar qarajındakı avtomobilləri ilə göz qamaşdıran sənətçi ümumi dəyəri bir milyondan çox olan dörd avtomobilini satıb. Hal- hazırda isə icarəyə götürdüyü avtomobili idarə edir.
Model nişanlısı Çloe ilə ticarət mərkəızlərindən birində alış-veriş edən Serdar kameralara tuş gəlib. Çıxışda son model avtomobilə əyləşən cütlük maraqlı açıqlama veriblər. S.Ortaç jurnalistlərə əyləşdiyi avtomobilin qiyməti 350 min lirə (təxminən 165 min azn) olmağına baxmayaraq icarə götürdüyünü bildirib:
"Avtomobillərimin hamısını satdım. Gərəksiz yerə o qədər pul xərcləmişəm. Bundan sonra icarə maşın sürəcəyəm".
Qeyd edək ki, sənətçinin 450 min lirəlik "Range Rover Vogue", 180 min lirəlik "Mercedes SL", 280 min lirəlik "Mercedes CLS" və 100 min lirəlik VİP avtobusu var idi. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31