Pətək Dinçöz Bakıya gəlir

Dekabrın 31-də türkiyəli müğənni Pətək Dinçöz "Qafqaz Sport Hotel"də bayram əhval-ruhiyyəli proqramla çıxış edəcək. Gecədə Gokhan Erolun da səhnəni paylaşacağı gözlənilsə də, planlar dəyişilib. Gokhan Erolu yerli sənətçilərdən biri əvəzləməli olacaq. Həmin gün Pətək Dinçözdən öncə səhnəyə Sima Qasımova çıxacaq. Sima iki saata yaxın zaman ərzində öz ansamblı ilə maraqlı çıxış nümayiş etdirəcək. Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutacaq gecədə azərbaycanlı və türkiyəli sənətçinin birgə dueti də nəzərdə tutulub. Səhnəyə çıxmadan öncə isə hər iki ifaçı görüşüb, bir-birini yaxından tanıyacaqlar. Sima Qasımova gecəyə özəl geyimlərlə qatılacağını açıqlayıb. O, bildirib ki, geyimləri ilə Pətək xanımdan seçilməməyə çalışacaq: "Çalışacam Pətək Dinçöz qədər gözəl görünüm". Repertuarına həm Azərbaycan, həm də türk mahnıları daxil edən Sima Qasımova adının proqrama sonradan daxil edilməsindən danışıb:
"Afişalarda Gokhan Erolun adı əlavə olunmuşdu. Lakin sonradan onun konsertdə çıxış etməyəcəyi bəlli olub". "OLAYLAR" İA.




 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31