Kiçik səhnə fəaliyyətə başlayacaq

Dekabrın 24-də, saat 16: 00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılışı nəzərdə tutulub. Teatrda ilk olaraq kiçik səhnədə S.Bekketin "Sözsüz" əsəri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş olunacaq. Quruluşçu rejissoru İsa Əsədov, səhnə və musiqi tərtibatçısı Müşfiq Əliyev, işıq rəssamı Vadim Kuskova məxsus tamaşada ifaçı Respublikanın Əməkdar Artisti Şövqi Hüseynovdu. Absurd teatr elementləri üslubunda hazırlanan tamaşanın son məşqləri başa çatmaq üzrədi. Qeyd edək ki, Dövlət Gənc Tamaşaçılar Teatrının 45 nəfərlik tamaşaçı tutumu olan kiçik səhnəsində teatrsevərlər bundan sonra hər həftə mono və kiçik həcmli tamaşaları seyr etmək imkanı əldə edəcək. "OLAYLAR" İA.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31